Ancelina Coli yenidən əməliyyata hazırlaşır

16 May 2013 15:51 (UTC+04:00)

Anası 56 yaş;nda xərçəng xəstəliyinə məğlub olan zaman ağır bir depressiya dövrü keçirən məşhur aktrisa Ancelina Coli, 87 faiz sinə, 50 faiz yumurtalıq xərçəngi riskinə qarşı iki süd vəzisini də aldırıb. Movqe.Az-ın məlumatına görə, Ancelina Colinin bu əməliyyatı mübahisələrə səbəb olub. Xərçəng riskinə qarşı orqan fəda etmək düzgündür? Həkimlərin 87 faiz ehtimalla sinə xərçənginə tutulacağı mövzusundakı xəbərdarlığından sonra tədbir məqsədiylə 2 süd vəzisini də birdən aldıran amerikalı aktrisa Ancelina Colinin indi də yumurtalıqlarını aldırmağa hazırlaşdığı xəbəri yayılıb. "Amerikan People" jurnalı, 37 yaşlı aktrisanın 40 yaşına girmədən əvvəl yumurtalıqlarını da aldırmağını planlaşdırdığını yazıb. Coli, "New York Times" qəzetində nəşr olunan məqaləsində, sinə və yumurtalıq xərçənginə səbəb olan "BRCA1" geni daşıması səbəbiylə xərçəngə tutulma riskinin normaldan çox daha yüksək olduğunu, süd vəzilərini aldıraraq bu riski 5 faizə qədər aşağı saldığını bildirib. Colinin anası Marşelin Bertrand, 2007-ci ildə yumurtalıq xərçəngindən dünyasını dəyişmişdi. 6 uşaq anası olan Ancelina Colinin "Mastektomi" əməliyyatıyla iki süd vəzisini də birdən aldırması, "baş verəcək riskə qarşı orqan fəda etmək düzgündür?!" mübahisəsini yaradıb.