Mbappe də Real-a keçəcək, amma...

21 İyun 2019 11:57 (UTC+04:00)

PSG-nin hücumçusu Kilian Mbappenin Real-a keçidi yubanıb.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, gənc forvard İspaniya klubuna bu yay keçməyəcək. "Kral klubu" onu gələn ilin yayında transfer etməyi planlayır. PSG-nin prezidenti Nasser əl-Xelaifi ilə yaxşı münasibətdə olan Florentino Peres bu niyyətini həmkarına çatdırıb. Tərəflər arasında hətta ilkin razılığın əldə olunduğu da bildirilir.Qeyd edək ki, Kilian Mbappe ötən mövsüm Liqa 1-də keçirdiyi 29 oyunda 33 qola imza atıb.