Bakıda “Organic Food” festivalı başlayıb

21 İyun 2019 13:29 (UTC+04:00)

İyunun 21-də Azərbaycanda ilk dəfə “Organic Food” festivalı başlayıb.

Movqe.az-ın məlumatına görə, festivalda 50-dən çox yerli şirkətin ekoloji təmiz ərzaq məhsulları təmsil olunur.

Festivalın təşkilatçıları Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar və İşəgötürənlər Konfederasiyası, Dövlət Aqrar Ticarət Şirkəti, eləcə də “Proaktiv” PR agentliyidir.

Festival iyunun 23-dək davam edəcək. Bu müddət ərzində festivala 4500-dən çox sakinin qatılacağı gözlənilir.