“Bu nə gündədir ki, metro ilə gedir” - Manafdan Nazpəriyə dəstək - VİDEO - FOTO

21 İyun 2019 21:57 (UTC+04:00)

ARB TV-nin "Səhər-Səhər" proqramının növbəti qonağı müğənni Manaf Ağayev olub.

Milli.Az bildirir ki, Manaf Ağayev xalq artisti Nazpəri Dostəliyevanın "sənətçi metroya minməz" sözünə dəstək olduğunu deyib:

"Nazpəri xanıma böyük hörmətim var. Sözünü demiş sənətkardır. Bu yaxınlarda cüzi bir söz demişdi. Sonra da mənim metroda çəkilən şəklimi qoymuşdular. Həmin şəkil köhnədir, qışda çəkilib. Mən bu barədə Nazpəri xanımla telefonla danışdım. Birincisi Nazpəri xanım, o sözü başqa mənada deməyib. Lap tutaq ki, başqa mənada deyir. Bəlkə, səhv deyir?! Hansı makiyajla, hansı geyimlə gedib metroya minəcəksiz? Deməzlər ki, bu, nə gündədir ki, metro ilə gedir. Heç olmasa taksi ilə get".