Füzuli rayonuna yeni hərbi prokuror təyin olundu

21 İyun 2019 16:32 (UTC+04:00)

Füzuli rayonuna yeni hərbi prokuror təyin olunub.

Trend-in məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb. Baş prokurorun əmri ilə ədliyyə polkovniki Hacıyev Elçin Süleyman oğlu Lənkəran rayon hərbi prokuroru vəzifəsindən azad edilərək Füzuli hərbi prokuroru vəzifəsinə təyin olunub.

Faktı Trend-ə Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev təsdiq edib.