Kür çayında iki yeniyetmə qardaş batıb

21 İyun 2019 16:48 (UTC+04:00)

Kür çayının Salyan rayonundan keçən hissəsində batan yeniyemtə qardaşların adları məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar rayonun Aşağı Noxudlu kənd sakinləri, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlu və 2006-cı iltəvəllüdlü Sadıqov Ramal Seymur oğludur.

Həmin şəxslər Kür çayında çimərkən boğulublar. Hazırda FHN-nin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır.

Qeyd edək ki, hadisə bu gün təxminən saat 15 radələrində baş verib.

Faktla bağlı araşdırma aparılır.