Barcelona-dan növbəti transfer

21 İyun 2019 17:00 (UTC+04:00)

Barcelona heyətinə yeni futbolçu cəlb edib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, Kataloniya klubu Breda-dan (Hollandiya) Mayk van Beyneni azad agent kimi transfer edib.

20 yaşlı müdafiəçi 2 illik müqavilə bağlanılıb. Barcelona yeni transferinə 100 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Mayk van Beynen Barcelona-nın əvəzedici komandasında oynayacaq.