Fələstinlilər "Böyük fəlakətin" 65-ci ilini qeyd edib
16 May 2013 16:12 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İsrailin 14 May
1948-ci il tarixində müstəqilliyini elan etməsindən sonra15 May
gününü Nakba (Böyük Fəlakət) olaraq anan Fələstinlilər, dünən yenə
küçələrə axın edib. Nakbanın 65-ci il dönümü münasibətilə Qərb
Şəriyədə "Çevriliş Fələstin xalqının haqqıdır" şüarıyla nümayişlər
təşkil edilib. Toplanan minlərlə insan, ilk olaraq Fələstinlilərin
keçmiş lideri Yasir Ərafatın məzarı qarşısında bir araya gəlib.
Fələstinlilər və İsrail təhlükəsizlik qüvvələri arasında bir çox
nöqtədə çıxan qarşıdurmalarda isə onlarla insan yaralanıb. Fələstin
Statistika Bürosu, hələ də 5 milyon 300 min nəfərin qaçqın olduğunu
açıqlayıb.