Salyanda dünən batan qardaşların ayrı-ayrı vaxtda dəfn olunmasına nə səbəb oldu?

22 İyun 2019 16:39 (UTC+04:00)
Xəbər verdiyimiz kimi dünən Kür çayının Salyan rayonun Noxudlu kəndi ərazisində çimərkən Rəvan və Ramal Sadıqovlar boğulub. Mərhumların əmisi oğlu Murad Sadıqovun verdiyi məlumata görə dünəndən aparılan axtarışlar nəticəsində əvvəlcə evin böyük oğlu tapılaraq dəfn olunub, sonra isə kiçik oğlunun cansız cəsədi sudan çıxarılıb. Muradın verdiyi məlumata görə səhər tapılan böyük qardaşın cəsədi isti havada uzun müddət suda qalması və kiçik qardaşın cəsədinin qeyri-müəyyən vaxtda tapılması səbəbindən meyid tapılandan az sonra dəfn olunub. Günorta radələriində isə kiçik qardaş Ramal dəfn olunub. Qardaşlar eyni gündə, müxtəlif saatlarda dəfn olunub