Süd və ət məhsullarından keçən xəstəlik-MÜTLƏQ OXUYUN

22 İyun 2019 20:52 (UTC+04:00)

Termiki emaldan yaxşı keçməmiş süd və ət məhsulları ilə bruselyoza yoluxan xəstələrin əsas şikayətləri oynaqlarda yerini dəyişən xarakterli ağrılar, ümumi zəiflik, tez yorulma, baş ağrısı, tərləmə, titrəmə, iştahanın azalması, yuxunun pozulması və s. ilə xarakterizə olunur.
Movqe.az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin açıqladığı məlumatda bildirilir.
Məlumatda bildirilib ki, əksər hallarda xəstələrin dayaq-hərəkət sistemində destruktiv dəyişikliklər, hamilə qadınlarda isə bruselyoz zamanı özbaşına uşaqsalmalar baş verir.

Qeyd olunub ki, bruselyoz xəstəliyinin laborator diaqnostikasında bir neçə üsul var. Onların arasında ən dəqiq və sürətlisi xəstənin qanında 1 həftədən sonra əmələ gəlmiş immunoqlobulinlərin (İgM, İgG) təyini üsuludur. Spesifik İgM anticisimlərinin qan zərdabında aşkarlanması ya xəstəliyin kəskin formasından, ya da reinfeksiyanın olmasından xəbər verir. Xəstəliyin xroniki formasında isə qan zərdabında spesifik İgG anticisimlərinin səviyyəsi yüksək olur.