Loto oyunları milyoner etdi

16 May 2013 16:54 (UTC+04:00)
ABŞ-ın Vircinia əyalətində yaşayan təqaüdçü poçtalyon Melvin Uilson 2004-cü ildən bəri tam dörd dəfə loto oyunlarından pul qazanıb. Movqe.Az-ın məlumatına görə, çox adam heç olmasa bir dəfə qazanmalarının xəyalını qurarkən, dörd dəfə bu sevinci yaşayan Uilsonun səkkiz il içindəki cəmi qazancı 2 milyon 25 min dollar olub. İlk olaraq 2004-cü ildə "Millionaire Mania" adlı kart alaraq 25 min dollar qazanan Uilson, 2005-ci ildə isə eyni kartla əvvəl 1 milyon dollar, sonra isə 500 min dollar qazanıb. Uilson son olaraq bir neçə həftə əvvəl 500 min dollar daha qazanıb.