Parkda atraksiyon qırıldı: xəsarət alanlar var

23 İyun 2019 10:29 (UTC+04:00)

Moskvanın "Sokolniki" parkında atraksiyon qırılıb.

Movqe.az Unikal.org-a istinadən xəbər verir ki,  bu barədə Moskva Səhiyyə Nazirliyindən “RİA Novosti”yə məlumat verilib. 

Məlumata görə, hadisə nəticəsində 3 azyaşlı uşaq xəsarət alıb.

Azyaşlıların hər üçünün vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Atraksiyonun hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. 

Faktla bağlı araşdırma davam etdirilir.