Bakıda "X-Lady" mağazasında baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

23 İyun 2019 12:07 (UTC+04:00)

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş verən yanğın söndürülüb.

Movqe.az xəbər verir ki, yanğının qısa qapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Əraziyə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Bakı şəhər meri Eldar Əzizov, Nizami rayonun icra başçısı Arif Qasımov, həmçinin rayonun polis rəisi gəlib.

Yanğınla bağlı qərargah yaradılıb.

10:37

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.