2300 illik piramidanı yıxdılar
16 May 2013 18:01 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Mərkəzi Amerika
ölkələrindən Belizedə Maya piramidası böhranı yaşanır. 350 min
əhalisi olan ölkədə bir inşaat şirkəti, yol salınması işi əsnasında
2300 illik Maya Piramidasını, yıxmaqla günahlandırılır. Bəzi
xəbərlərdə tikinti şirkətinin, içində məbədlərin də olduğu Nohul
piramidasında sökülən qaya parçalarını, yol istehsalında istifadə
etdiyi də iddia edilib. Dağıntının ardınca piramidadan geriyə
yalnız kiçik bir hissə qalıb. İnşaat şirkəti isə iddiaları rədd
edir. Mərkəzi Amerika və Meksikada e.ə. 3 min və eramızın
1500-cü illəri arasında hökmranlıq edən Mayalayar riyaziyyat
və səma elmləri sahələrindəki işləri ilə məşhur idi.