Fastfud qidaları əqli geriləməyə səbəb olur

23 İyun 2019 21:30 (UTC+04:00)

Az hərəkətli həyat tərzi və fastfuddan istifadə etmək nəinki diabetə və piylənməyə səbəb olur, hətta yaşlı vaxtlarda əqli zəyifliyin baş verməsi riskini artırmış olur.

Movqe.az deyerler.org-a istinadən bildirir ki, ekspetlər 200-ə yaxı elmi işin nəticələrini müqayisə edərək, belə nəticəyə gəliblər ki, az hərəkətli həyat tərzi və fastfuddan istifadə edənlər digərlərinə nisbətən daha çox əqli zəiflikdən əziyyət çəkir.

Bu nəticələr özü-özlüyündə səbəb-nəticə əlaqəsi anlamına gəlmir. Alimlər məntiqi bağlılığı belə izah edir: fast fuddan istifadə və oturaq həyat tərzi, artıq çəkinin yaranmasına səbəb olur, bu diabetin əmələ gəlməsinə səbəb olur. Diabet isə əqli zəifliyin yaranma riskini artırır. Ekspertlərin sözlərinə görə, mərhələlər arasında əlaqənin olması dəfələrlə sübut olunmuşdur.