Sumqayıtda üçmərtəbəli ticarət mərkəzi yanıb

24 İyun 2019 10:00 (UTC+04:00)

Sumqayıt şəhərində üçmərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 m² olan anbarın yanar konstruksiyaları və içərisindəki geyim əşyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.