DGK rəhbərliyi vətəndaş qəbulu keçirib

24 İyun 2019 12:47 (UTC+04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi ölkənin qərb bölgəsinin sakinlərini, eləcə də bu bölgədə məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Bu barədə Movqe.az-a Komitədən bildirilib. 

Məlumata görə, DGK sədri Səfər Mehdiyevin Gəncədə keçirdiyi qəbul zamanı bu şəhərin, eləcə də Samux rayonunun sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Bundan başqa, DGK sədrinin I müavini İsmayıl Hüseynov Göygöl rayonunda, digər müavini Əsgər Abdullayev isə Daşkəsən rayonunda vətəndaşları qəbul ediblər. Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.