Mehdiabad yolunda yol qəzası baş verib- Yaralılar var

24 İyun 2019 13:22 (UTC+04:00)

Abşeron rayonu, Mehdiabad yolu, "Gənclər şəhərciyi"ndə baş verən avtoqəza nəticəsində 3 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 34 yaşlı Elvin Əliyev sol diz oynağından travma alıb. 62 yaşlı Təhmasib Allahverdiyevə alt dodağın kəsilmiş yarası, 27 yaşlı İdris Kərimova isə qapalı kəllə-beyin və gözün travması diaqnozu qoyulub.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.