Bakıda blokda qadına şok yaşatdılar

24 İyun 2019 13:35 (UTC+04:00)

Bakıda qadına qarşı cinayət törədilib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon sakini Səkinə İsmayılova rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, iyunun 22-də saat 22 radələrində yaşadığı mənzilə gedərkən blokda tanımadığı şəxs onun əlindən pul kisəsini alaraq qaçıb.

Pul kisəsinin içində qadına məxsus 35 manat və mobil telefon olub.

Faktla bağlı araşdırma aparılır.