Türkiyədə yük qatarı avtobusla toqquşdu - Ölənlər var

24 İyun 2019 15:44 (UTC+04:00)

Türkiyənin Mersin vilayətində yük qatarı avtobusla toqquşub. Trend-in məlumatına görə, qəza nəticəsində 2 nəfərin öldüyü, daha 5 nəfərin yaralandığı bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın başvermə səbəbləri hələ məlum deyil. Faktla bağlı araşdırma başlayıb.