Rusiya ən çox istirahət edən ölkələr sırasında

16 May 2013 18:06 (UTC+04:00)
Uzun may tətili sonrası Rusiyadakı "bayram bərəkəti" yenidən müzakirə edilib. Movqe.az-ın məlumatına görə, orta hesabla bir işçinin həftə sonlarıyla birlikdə tam 118 gün rəsmi tətil etdiyi Rusiyada, 28 gün illik icazə də əlavə olunduğu zaman bu müddət 139 günə çıxır. Beləliklə ilin üçdə birindən çoxunu tətil ilə keçirən Rusiya, ən çox istirahət edən ölkələr sıralamasında ən üst yerlərdə iştirak edir. "Business FM"-in xəbərini qiymətləndirən "Look At Media" şirkətinin sahibi Aleksey Ametov, "Argentina kimi, rəsmi tətillərin Rusiyadan bir az daha çox olduğu ölkələr var. Çin kimi rəsmi bayram sayının Rusiya ilə eyni olduğu ölkələr də var. Amma bu ölkədə tətillər daha qısadır" deyib. "Alfa Bank" idarə heyətinin sədr müavini Oleq Sısuyev, "Rusiyada rəsmi tətil sayı neft qiymətindən çoxdur. Bunlar bir-birinə bağlı şeylərdir. Çünki iqtisadiyyatımız neftə bağlıdır. Neft qiymətləri düşdüyü zaman, bəzi Cənubi Avropa ölkələri kimi, "Görəsən çox istirahət edirik?" deyə düşünəcəyik" şərhini verib.