Rezidenturaya qəbul üzrə sınaq imtahanına qeydiyyat davam edir

25 İyun 2019 11:31 (UTC+04:00)

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndiriliməsi imtahanı) üzrə sınaq imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Movqe.az-a bildirilib ki, iyunun 25-i saat 11:00-a olan məlumata görə, sınaq imtahanında iştirak etmək istəyən 54 namizəd qeydiyyatdan keçib.

Sınaq imtahanı iyunun 29-da DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (keçmiş Bakı Asiya Universitetinin binası) elektron formada keçiriləcək və saat 10-da başlayacaq. Namizədlər iyunun 28-i saat 17-dək internet saytında qeydiyyatdan keçə bilərlər.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.