Bakıda Azərbaycan-Monteneqro biznes-forumu keçirilir

25 İyun 2019 11:26 (UTC+04:00)

“Ötən il Azərbaycanla Monteneqro arasında ticarət dövriyyəsi artıb, amma mövcud vəziyyət iki ölkənin potensialını əks etdirmir”.

Movqe.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes-forumunda əmək və əhalinin sosial müdafiəsi naziri, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Sahil Babayev deyib.

Monteneqronun baş naziri Duşko Markoviçin iştirakı ilə başı tutan tədbirdə siyasi əlaqələrin yüksək səviyyədə olduğu, iqtisadi əlaqələrin də genişləndirilməsinin vacibliyi vurğulanıb.

“Bugünki biznes-forumda 150-dən çox şirkət iştirak edir. Onlar investisiya qoyuluşu sahəsində müzakirələr aparır. Monteneqro Azərbaycan üçün Balkan yarımadası ölkələrinin bazarlarına, Azərbaycan isə Monteneqro üçün MDB ölkələrinin bazarlarına giriş üçün mühüm rol oynaya bilər”, - deyə S.Babayev qeyd edib.