Kürdan həyatına son qoydu

16 May 2013 18:54 (UTC+04:00)

İsveçdə bir adam, buterbrodu üzərindəki kürdanla birlikdə yeyən zaman dünyasını dəyişib. Movqe.Az-ın məlumatına görə, aldığı buterbrodu yeyərkən kürdanı görməyən adam, udqunma problemi yaşayan zaman həkimə gedib. Həkimlər, 60-a yaxın yaşlardakı adamın boğazına qaçan kürdanı görə bilmədiyi zaman xəstəni evə göndərib. Bir müddət sonra nəfəs borusu deşilən bəxtsiz adam, boğazının da iltihablaşması ilə birlikdə 10 gün sonra özünü təkrar xəstəxanada tapıb. Həkimlərin dərhal əməliyyata aldığı adam, sabahısı gün ölüb. İsveçdə 'sağlamlıq skandalı' olaraq danışılan hadisədə xəstəxanaya ciddi təzyiq göstərilib.