Ramiz Mehdiyev və nazirlər vida mərasimində - FOTOLAR

25 İyun 2019 14:56 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetində ötən gün vəfat edən professor Şirməmməd Hüseynovla vida mərasimi keçirilir. 

Movqe.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, mərasimə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və PA-nın şöbə müdirləri Əli Həsənov,  Fuad Ələsgərov da qatılıb.

Qeyd edək ki, Ş. Hüseynovun qızı Fərəh Əliyeva Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir.