Sabah “ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günüdür

25 İyun 2019 16:27 (UTC+04:00)

26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Bu barədə Movqe.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentlikdən bildirilib.

İyunun 27-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.