Prezidentin "Facebook" və "Instagram" səhifəsində əsgər və zabitlərə həsr olunan videoçarx paylaşılıb

25 İyun 2019 17:49 (UTC+04:00)

Prezident İlham Əliyevin rəsmi "Facebook" və "Instagram" səhifələriində 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə videoçarx paylaşılıb.

Movqe.az-ın məlumatına görə, videoçarx Azərbaycan Ordusunun əsgər və zabitlərinə həsr olunub.