Biləsuvardakı gömrük postunun yaxınlığında yanğın baş verib

26 İyun 2019 19:06 (UTC+04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonundakı gömrük postunun yaxınlığında yerləşən avtomobil dayanacağında yanğın baş verib.

Bu barədə Movqe.az-a DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.