Salyanda yanacaqdoldurma məntəqəsində ölüm

27 İyun 2019 11:10 (UTC+04:00)

Salyanda "Hepatit C" xəstəliyindən əziyyət çəkən şəxs küçədə ölüb.

Movqe.az-ın məlumatına görə, hadisə Ələt-Astara-İran avtomobil yolunda baş verib.

Yolun 63-cü kilometrliyindəki "LukOil" yanacaqdoldurma məntəqəsinə gələn Astara rayon sakini, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan, "Hepatit C" xəstəliyindən əziyyət çəkən, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Ağakişi oğlu yanacaqdoldurma məntəqəsində qəfil özünü pis hiss edib və huşunu itirib.

Təcili tibbi yardım briqadasının köməyi ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Mirzəyev orada dünyasını dəyişib.