Ermənistanda daha bir bahalaşma

27 İyun 2019 13:50 (UTC+04:00)

Ermənistanda təbii qaz bahalaşacaq.

Movqe.az Ermənistan mediasına istinadən xəbər verir ki, Rusiya hökuməti təbii qazın qiymətini 10 faiz artırmaq niyyətindədir.

Bahalaşma 2020-ci il yanvarın 1-dən etibarən gözlənilir.

Artımın qarşısının alınması ilə bağlı Ermənistan tərəfi danışıqlar aparsa da, nəticə əldə olunmayıb.