Tunis Prezidenti xəstəxanaya yerləşdirilib

27 İyun 2019 18:30 (UTC+04:00)

Tunis Prezidenti Əl-Bəci Qaid əs-Sebsi xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, 92 yaşlı prezident helikopterlə hərbi hospitala çatdırılıb.

Prezidentin nəyə görə xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilməyib.

Qeyd edək ki, Əl-Bəci Qaid əs-Sebsi 2014-cü ildən ölkəyə rəhbərlik edir.