Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcək (FOTO)

28 İyun 2019 10:14 (UTC+04:00)

Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.

Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.