Göygöldə itkin düşən qadın tapıldı

28 İyun 2019 11:41 (UTC+04:00)

Göygöldə itkin düşən qadın tapılıb.

Trend-in məlumatına görə, hadisə iyunun 26-da Göygöl rayonunun Murovdağ qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü ruhi əsəb xəstəsi Əliyeva Xatun Qəşəm qızı evdən çıxıb və geri qayıtmayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Əliyevanın yeri müəyyən edilib və o iyunun 27-də tapılaraq ailəsinə təhvil verilib.