Bu günün hava şəraiti

17 May 2013 12:40 (UTC+04:00)

Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında

Mayın 17-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturunun gecə 11-16, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. 


Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında normadan bir qədər aşağı atmosfer təzyiqi fonunda və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olsa da, digər biometeoroloji amillərin norma daxilində tərəddüdü müsbət amildir.