Sağalmaz xəstəliyin ilkin əlamətləri aşkar edilib

28 İyun 2019 20:51 (UTC+04:00)

Londonun Kral kollecinin alimləri, cavan insanlarda neyrodegenerativ prosseslərin ilkin əlamətlərini aşkar edib.

Movqe.az deyerler.org-a istinadən bildirir ki, tədqiqatda, Parkinson xəstəliyindən əziyyət çəkən 25 xəstə, 25 sağlam insan və "SNCA" genlərində mutasiya olunmuş 14 insan iştirak etmişdir.

Beyində dofaminin və serotaninin səviyyənin yoxlaması və anotomik dəyişkənliyi aydın etmək üşün iştirakçıların beyni skan edilmişdir.

Bundan əlavə, iştirakçılar Alzheimer xəstəliyinin ilkin mərhələlərini təyin edilməsi üçün yoxlamadan keçmişdir. Tədqiqatlar, serotonin sisteminin müayinəsinin, inkişaf edən xəstəliyin müayinə və monitorinqində istifadə edilə biləcəyini göstərmişdir.

Parkinson xəstəliyi, dofamini istehsal edən neyronların tələf olunmasından əmələ gələn mərkəzi sinir sisteminin müalicə olunmaz pozulmasıdır. Nəticədə xəstələrdə tremor (qeyri-iradəvi titrətmə) və müvazinat pozulması əmələ gəlir.

1990-2015-ci illər arası bu xəstəlikdən əziyyət çəkən insanların sayı 6 milyona çatmışdır. 2040-cı ilə bu say 12 milyona çata bilər.