Piyadanı öldürüb qaçan sürücü 2 ay 18 gündən sonra saxlanıldı

28 İyun 2019 16:53 (UTC+04:00)

Hacıqabulda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü saxlanılaraq istintaqa cəlb edilib.

2015-ci il aprel ayının 10-da Hacıqabul-Şirvan yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsinin 3-cü kilometrliyində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən İlqar İsmayılovu vurması, sonuncunun aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölməsi və sürücünün hadisə yerindən yayınması faktına görə RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni rayon sakini Şamxal Xancanov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edərək izi itirmək üçün avtomobili ayrı-ayrı hissələr bölüb satdığını bildirib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.