İsveçrəyə gedən xalq artisti əməliyyatla 8 kilo arıqladı

17 May 2013 13:04 (UTC+04:00)

Lent.az-a daxil olan məlumata görə, müğənninin səfərinin məqsədi orada plastik əməliyyat keçirməsidir.

 

Müğənninin yaxın ətrafından verilən məlumatda bildirilir ki, N.Dostəliyeva mayın 14-də əməliyyat olunub və bir gün sonra narkozdan ayılıb. Müğənni əməliyyat nəticəsində 8 kiloqram çəkidən azad olub, onun göz qapaqlarında və üzündə estetik əməliyyat aparılıb.

  

Qeyd edək ki, əməliyyat xəbəri ilə bağlı xalq artisti ilə əlaqə saxlamağa cəhd etsək də, onun telefonu bağlı idi. Daha sonra müğənninin prodüseri Mikayıl Hüseynovla telefon əlaqəsi yaratmağa cəhd etdik. Lakin telefon nə qədər çağırsa da, zəngimizə cavab verən olmadı.