Ermənilər olan-qalan ağıllarını da itirirlər

28 İyun 2019 18:57 (UTC+04:00)

Ermənistanda ictimai-siyasi durum elə bir səviyyəyə qədər durğunlaşıb ki, artıq səlahiyyətlilər və ya ümumiyyətlə siyasi fəaliyyətlə məşğul olanlar nəinki ağızlarına gələni, hətta ağıllarına gələni də danışır və yazırlar. Erməninin ağlına gələn isə məlumdur ki, özlərini gülünc tərifdən başqa bir şey ola bilməz. Bu gün Ermənistanda tam eyforiya hökm sürür. Səbəblərdən biri də Gürcüstanda baş verən rusofobiya və bunun ardınca Moskvanın gördüyü tədbirlərdir. Erməni mətbuatı bu hadisəni guya obrazlaşdıraraq yazır ki, ola bilsin, nə vaxtsa, Putin və Lavrovun səsi sayılan Mariya Zaxarova bu gün Gürcüstana hürdüyü kimi Ermənistana da hürsün. Diplomatiya sahəsində çalışan bir siyasətçi haqda bu cür ədəbsiz ifadələr işlətmək xalis erməni mədəniyyətindən başqa bir şey deyil. Amma, iş burasındadır ki, hazırda bütün Ermənistan Rusiyanın qarşısında quyruğunu qısmış vəziyyətdə əmrə müntəzir durub. Belə bir vəziyyətdə Rusiya XİN-in mətbuat katibinə bu münasibətin özü elə “it hürməsinə” bənzər bir vəziyyətdir.

Ancaq situasiyanın mədəni tərəfini bir tərəfə ataq, onsuz da ermənilərin özlərinə məxsus heç bir mədəniyyətləri yoxdur, ona görə bu gündədirlər. Axı, bu adamlar həmişə öz biclikləri ilə seçiliblər. Yəni, alçaqlıq etsələr də, bic tərpənib xeyirlərini götürürlər. İndi isə, aydın görünür ki, erməni siyasi isteblişmenti təntiyir və məqsədinə nail ola bilmədiyindən ağlını itirmək üzrədir. Bunun səbəblərindən biri Ermənistanın dövlət əsas geostrateji məqsədlərindən birinin işğalçılıq siyasəti olmasıdır. Erməni millətçiləri xislətən elə düşünüblər ki, başqasına yaltaqlıq etmək yaxud güclü birinin əlaltısı olmaq etibarı ilə öz yaşadıqları əraziləri erməniləşdirə biləcəklər. Amma ağılları kəsməyib ki, heç bir dövlət özünün yaratdığını başqasına verməz. İndi Ermənistan dövlətinin adı var, özü yox. Çünki, Rusiya yaradıb bu dövləti. Qarabağı işğal edən ermənilər 30 ildir çalışırlar, ancaq işğalı torpaqlarını öz ərazilərinə qata bilməyiblər və indi anlayırlar ki, heç vaxt da bunu edə bilməyəcəklər. Üstəlik, işğalı həyata keçirmək üçün könüllü sığındıqları Rusiyanın qolyuğundan çıxıb müstəqil olmaq ehtimallarını da itiriblər.  

Ataların bir sözü var, “daldan atılan daş topuğa dəyər”. Bəli, indei-indi ermənilər anlamağa başlayıblar ki, onlar hansı istiqamətdə fəaliyyət göstəriblər. Razmik Akopcanov adlı biri mətbuatda yazır: “Rusiya tərəfi həmişə “parçala və hökm et” prinsipi ilə hərəkət edir. O, hazırda hamıya göstərəcək ki, öz vətəndaşlarının təhlükəsizliyinə görə narahat olan sülhsevər ölkədir. O, öz turistlərini Gürcüstandan bizim ölkəyə istiqamətləndirərək qonşumuzla aramıəzda nifaq salacaq. Gürcülər isə bunu görəcək və nəticə çıxaracaq. Bu bizə lazımdırmı? Ümumiyyətlə, sərxoş İvanlarla yüngüləxlaqlı Nataşalar bizə lazımdırmı?”  

Müəllif öz məqaləsində bütün erməni cəmiyyətinin gürcüstanda baş verənlərin Ermənistanda da baş verəcəyi fikri ilə yaşadığını göstərir: “Heç bir zəmanət yoxdur ki, Putin bu gün Gürcüstanın başına gətirdiyini sabah Ermənistanın başına gətirməyəcək”.

Müıllifin yazısının məzmunundan görünür ki, quyruğunu qısıb yazır. Amma yenə də xislətindən geri qalmayaraq Rusiya hakimiyyətinə sataşmaqdan yan keçə bilmir: “Bəli, deyirlər ki, Putin Rusiyasında ruslarını özlərini adam saymırlar. Buna son sübutlardan biri Kubandan işğal edilmiş Krıma körpü çəkilməsində iştirak etmiş 15 şirkət 400 milyon rubl pulunu ala bilmir. Bu şirkətlər Putinin dostu Arkadi Rotenberqin firmasının subpodratçılarıdır”. Bununla da Razmik Rusiya hakimiyyəti bir yana, təkcə Putindən qorxduqlarını büruzə verir. Bu aydındır. Ancaq müəllifin simasında ermənilərdən soruşmaq lazımdır ki, əgər Krimin işğalı faktını belə istehza il qarşılayırsınızsa, onda Qarabağın işğalından niyə əl çəkmirsiniz? Əgət Rusiyanın Gürcüstanın və Ermənistanın daxili işlərinə qarışmağını lənətləyirsinizsə, onda erməni hərbçilərinin Azərbaycan torpağında nə işləri var? Təbii ki, ermənilər bu suallara cavab vermək səviyyəsində deyillər.

Məsələnin başqa tərəfi də odur ki, ermənilərin Rusiyaya bu cür münasibəti siyasətdən uzaq çəfəng hərəkətdir və özlərindən başqa heç kimin vəziyyətini ağırlaşdırmır. Artıq söz gəzir ki, gələn ildən Rusiyanın Ermənistana satdığı qazın qiyməti növbəti dəfə 10 faiz bahalaşacaq.

AŞPA-da Rusiya nümayəndə heyətinin geri qaytarılması üçün keçirilən səsvermədə Ermənistanın heyəti bunu əksinə səs verib. Rusiya XİN spzdə “strateji müttəfiqim” adlandırdığı erməni nümayəndə heyətinin başçısı Rubinyanın bu hərəkətinə “Narahat olmağına dəyməz, Rubinyan sadəcə düymələrin yerini səhv salıb” şərhini verib. Əslində bu, Ermənistanın belə məsələlərdə əhəmiyyətli bir “dövlət” olmadığını təsdiqləməkdir.  

Qaldı ki, Putinin Ermənistanı qarışdırmaq məsələsinə, ermənilər çoxdan öz talelərini qarışdırıblar və bu gün özləri də etiraf edirlər ki, hökumət saxtakarlıqla məşğuldur. Ona görə ki, əhalinin güəranını yaxşılaşdırmağa qabil olmadığı üçün faktları saxtalaşdırır, yalan məlumatlar yayır və ermənilərə yaxşı yaşamaqları barədə nağıllar sırıyırlar. Ermənistanı çıxılmaz vəziyətə salan ən ciddi məsələ, məhz, budur.

N.NOVRUZ