"Şou-biznesdəkilər mənə "qardaş" deməsin" kəlməsinin səbəbini açıqladı

28 İyun 2019 22:00 (UTC+04:00)

Müğənni Vüqar Muradov qalmaqal yaradan "Şou-biznesdə heç kim mənə qardaş deməsin" kəlməsinə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, sənətçi "Hər şey daxil" verilişində belə bir açıqlama verməsinin səbəbini açıqlayıb:

"Xoşlamıram, məcbur deyiləm kimsə mənə qardaş desin. Çox yaxşı tanıdığım, yaxından və gözəl bildiyim biri var idi. Yanında bir insanla gəldi olduğum məclisə. Dedi ki, yoldaşımdır. Başladı mənə "qardaş" deməyə. Başımdan tüstü çıxdı ki, "qardaş" nədir? Başa düşdüm ki, həmin adam buna yaxşı pul xərcləyir, ciddi münasibət qurmağa çalışır. Ona görə də, gözdən pərdə asmaq üçün hamıya "qardaş-bacı" deyir.

Onu kənara çəkdim ki, qardaş yox, dost de. Özünü təmiz göstərmək üçün olmaz bunu demək. Çoxu məndən incidi bu ifadəmə görə.

Bu söhbət çox uzandı. Onlar öz qardaşları üçün bacı, mən də öz bacılarım üçün qardaş olum. Mənə heç "qaqam"da deməsinlər".