"Azərenerji"dən Mingəçevirdəki elektrik stansiyasındakı nasazlıqla bağlı RƏSMİ AÇIQLAMA

29 İyun 2019 14:50 (UTC+04:00)

2019-cu il 29 iyun tarixində saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

Azərenerji ASC-dən Movqe.az-a verilən məlumata görə, son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınmışdır.

Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində Respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanılıb.

Yaranmış texniki problem ən qısa zamanda aradan qaldırılıb