İlqar Seyidova polis general-mayoru ali xüsusi rütbəsi verilib

29 İyun 2019 15:20 (UTC+04:00)

Prezident İlham Əliyev İlqar Seyidova polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsinin rəisi İlqar Fəxrəddin oğlu Seyidova polis general-mayoru ali xüsusi rütbəsi verilsin.