Ağcabədidə ferma yandı

4 May 2012 21:14 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Ağcabədi rayonunda ferma yanıb. Rayonun Mayis kənd sakininə məxsus sahəsi 100 kv.m olan fermanın bir hissəsi alışıb. Təxminən 40 kv.m. sahəsi yanan mülkün qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğına səbəb kimi fermanın qamışdan tikilməsi hesab edilir.


Tural QABİLOĞLU