UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında Bakı Bəyannaməsi qəbul olunacaq

1 İyul 2019 10:30 (UTC+04:00)

UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası bu gün öz işini davam etdirir.

Movqe.az-ın məlumatına görə, sessiyanı açıq elan edən UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler təşkilati məsələlər haqqında danışıb.

M.Rossler iclasın yekununda Bakı Bəyannaməsinin qəbul ediləcəyini bildirib. O qeyd edib ki, bəyannamənin layihəsi sessiya iştirakçılarına paylanıb və müzakirələrdən sonra qəbul ediləcək.