Bir hadisənin sorağı ilə…

27 İyun 2019 07:10 (UTC+04:00)

Dələduzluq cinayətləri bütün dövrlərdə və demək olar bütün ölkələrdə ən geniş yayılmış kriminal fəaliyyət növlərindən biri sayılır. Buna qarşı daim ən sərt formada mübarizə aparılsa belə, həmin cinayətin kökünü kəsmək demək olar ki, müşkül məsələdir. Xüsusən də çoxları etibardan sui-istifadə edilməklə özgə əmlakını ələ keçirmək kimi hal  olduqca geniş yayılıb. Bəzi hallarda dələduzluq əməllərini daha çox mülkü münasibətlərdən irəli gələn mübahisə kimi qiymətləndirilməsi də bu cinayət növünün geniş yayılmasında az rol oynamır. Bu mənada fikirlər səsləndirilir ki, artıq belə cinayət növünə qarşı qanunun daha sərt formasınad mübarizə aparılması zərurət kimi çıxış edir.

Qeyd edilənləri Sumqayıt şəhər sakini Tağıyev Ceyhun Eldar oğlunun başına gələnlər fonunda daha aydın təsvir etmək olar. O da dələduzluq cinayəti ilə üzləşib. İşsiz olduğundan iş axtaran gənc bütöv bir ailənin dələduzluğu ilə üzləşib. C.Tağıyevin deməsinə görə o, dələduzluq əməllərnə məruz qaldığı üçün Xələfov Mehdi Qubad oğlu və onun ailə üzvlərindən şikayətçidir: “İşsiz olduğumdan iş axtarırdım. Mənə iş tapmqada kömək etməsi üçün Sumqayıt şəhəri 10-cu mikrorayon 60 saylı binada yaşayan Xələfov Mehdi Qubad oğluna müraciət etmişdim. Mehdi Xələfov mənə işə düzəlməkdə kömək edəcəyini demişdi”.  Ceyhun Tağıyevin deməsinə görə, 2016-cı ilin mart ayında Mehdi onu özəl mühafizə xidmətlərinin birində işlə təmin edə biləcəyini bildirib. Mehdi Xələfov bu məsələ ilə bağlı qızları Aygün və Məleykə ilə danışdığını, qızlarından müsbət cavab aldığını Ceyhun Tağıyevə bildirib. Şikayətçi bildirir ki, Aygün və Məleykə ataları Mehdiyə özlərinin tanışlarının olduğunu, odur ki, onu işlə təmin edəcəklərini bildiriblər. Bu səbəbdən də, Mehdi Ceyhun Tağıyevi işlə təmin edə biləcəyinə əmin olub: “Mehdi Xələfov mənə əlavə olaraq bildirdi ki, bu iş üçün 5000 manat pul lazımdır. Onun sözlərinə görə, bu pulu Aygün və Məleykə şirkətin rəhbərinə verəcəklər və bundan 10 gün sonra mən işə başlayacam. Mən Mehdi Xələfovla aramızda olan razılaşmaya uyğun olaraq 5000 manatı Mehdinin yaşadığı binanın qarşısında ona verdim. Lakin Mehdi vəd verdiyi vaxtda iş məsələsini həll etmədi. Mən hər dəfə bu barədə Mehdidən soruşduqda o, qızlarının bu işə məşğul olduqlarını, yaxın günlərdə iş məsələnin həll ediləcəyini bildirirdi. Lakin ötən müddətdə mənim işə düzəlməyim həll edilmədi. Daha sonra Mehdi və qızları ölkədən getdilər. Lakin Aygün və Məleykə mənə vatsapda yazaraq narahat olmamağı məsləhət görür və pulumu qaytaracaqlarını bildirirdilər. Lakin onlar da pulu qaytarmaqla bağlı verdikləri vədi yerinə yetirmədilər. Belə məlum olur ki, Mehdi və onun qızları Aygünlə Məleykə mənə qarşı dələduzluq edərək pulumu ələ keçiriblər”.

Ceyhun Tağıyev Xələfovlar ailəsinin qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına müraciət edərək Mehdi Xələfov, Aygün Xələfova və Məleykə Xələfovanın barəsində cinayət işinin başlanmasını və ona dəymiş maddi zərərin qaytarılmasına köməklik göstərilməsini xahiş edib. Şikayətçi ümid edir ki, Xələfovların əməllərinə hüquqi qiymət veriləcək. Araşdırmalardan belə bəlli olur ki, hazirda bu dələduzlar - Mehdi, Aygun və Məleykə Xələfovlar Almaniya qaçıblar. Özü də burada indi fəaliyyətlərinə siyasi don geyindirməyə çalışırlar. Belə ki, onlar Almaniyadan Azərbaycan əlyehinə təbligat aparanların sırasına qoşulublar. Özlərini demokratiya carçısı kimi göstərmək istəyənlərin nədənsə, dələduzluq əməlləri yaddan çıxıb. Etdikləri  dələduzluq azmış kimi, dövlət və millətə xəyanətdən də çəkinmirlər. Şübhə yoxdur ki, hüquq-mühafizə orqanları bu şəxslərin etdikləri dələduzluq əməliən görə qanun qarşısında cavab vermələrini təmin edəcək. Amma etdikləri Vətən xəyanətinə görə də bunların layiqli cəzasını alması yaxşı olardı. Çünki belə hal Azərbaycanda cinayət törədib, sonra da xaricdə müxtəlif adlar altında gizlənənlərə, ölkəyə qarşı fəaliyyət göstərənlərə ibrət olardı.