"Allaha yalvardım ki, bu sevgini əlimdən alsın"

1 İyul 2019 16:52 (UTC+04:00)

"Allaha illərlə yalvardım ki, sevgini əlimdən alsın. İstəyirdim sevməyim heç kimi, sevgisiz yaşayım. Belə yaşamaq gözəldir, əziyyət çəkmirsən".

Axşam.az-ın məlumatına görə, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Bir arzum var" verilişində deyib. Müğənni sevgidən əziyyət çəkdiyini etiraf edib:

"Sevgi hissi də hər insana verilmir. Bu da bir vergidir. Kiminsə dərdindən öləsən, səni ölənə kimi sevsinlər... Gözəl olsa da, əzablı hisdir.

Amma mənim mahnılarımın hamısı sevgidən yaranıb. Sevməsəydim, yaranmazdı".