Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

17 May 2013 15:20 (UTC+04:00)

Mayın 25-də Qəbələdə Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək.

Artıq 3-cü dəfədir təşkil edilən Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli biznes forumunda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Mövqe.az-ın İqtisadi İnkişaf Nazirliyindən aldığı məlumata görə, tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcəkdir.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes forum bundan əvvəl Tbilisi və Qars şəhərlərində keçirilmişdir.