“Survivor”un finalında ana huşunu itirdi - Canlı yayım kəsildi - VİDEO

2 İyul 2019 11:45 (UTC+04:00)

Türkiyənin "TV8" telekanalında yayımlanan "Survivor 2019" layihəsinin Türkiyə-Yunanıstan yarışmasının qalibləri bəlli olub.

Türkiyə tərəfdən Yusuf Karakaya, Yunanıstan tərəfdən isə Katerina Dalaka çempion adına layiq görülüb.

Nəticələrin elan olunmasına dəqiqələr qalmış isə Yusufun anasının halı pisləşib. Həyəcanlanan qadın gözlənilmədən huşunu itirib. Bu səbəbdən canlı yayıma bir neçə dəqiqəlik fasilə verilib. (Qafqazinfo.az)