Xalq artistləri aparıcıların qarşısına şərt qoydular

2 İyul 2019 21:24 (UTC+04:00)

Xalq artistləri Mələkxanım Əyyubova və Səkinə İsmayılova "Zaurla Günaydın" verilişinə qonaq olublar.

Axşam.az-ın məlumatına görə, xanəndələr verilişlərə dəvət alərkən, şərt kəsdiklərini etiraf ediblər.

S.İsmayılova bildirib ki, proqramda sevmədiyi ifaçı olanda getmir:

"Maraqlanıram ki, nə edəcəm, işim nə olacaq? Ətrafımda kim oturacaq? Sənətinə dəyər verən belə olmalıdır. Ona görə də hər evə getmirik".  

M.Əyyubova isə deyib ki, bu xasiyyətinə görə onu qınasalar da, əhəmiyyət vermir:

"Bir də görürsən deyirlər ki, sənə nə orada kim var, kim yox? Bəlkə orada elə qonaq olacaq ki, səviyyəmiz uyğun deyil? Elə söz danışacaq ki, qalacam belə. Ona görə də mütləq öyrənməliyəm".