Xətai rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

2 İyul 2019 16:54 (UTC+04:00)

İyulun 1-də saat 23 radələrində Bakı şəhər sakini R.Əzizov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Xətai rayonunun Nobel prospektində yolu keçən paytaxt sakini Azər İsayevi vuraraq hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən R.Əzizov Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.