Ermənistan faşizmin yeni beşiyidir

3 İyul 2019 08:10 (UTC+04:00)

Ermənistan siyasi və iqtisadi böhranın məngənəsində boğulur. Ölkədə əhalinin güzəranı gündən-günə pisləşir. Siyasi dillə desək, əhalinin yaxşı yaşamaq hüququ hökumət tərəfindən pozulur. Çünki, öz vətəndaşlarınını rifahını təmin etmək hər bir dövlətin bir nömrəli vəzifəsidir. Əslində, dövlət elə bundan ötrüdür. Siyasət, iqtisadiyyat, idarəetmə strukturu bütünlüklə bu məqsədə xidmət edir. Təbii ki, əgər, dövləy həqiqətən normal, müstəqil dövlətdirsə və onun başında xalqını və insanlığı düşünən insanlar yer alıbsa. Bu saydığımız şərtlər daxilində Ermənistan Respublikasının mövcudluğunu dəyərləndirsək, norma dövlət məfhumunu incələmək olarmı? Məsələyə Ermənistan hakimiyyətinin bu gün yürütdüyü siyasət kontekstində yanaşsaq, müsbət hər hansı fikir yürütmək mümkün olmaz.

Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan BMT-nin insan hüquqları şurasında çıxış edərək Ermənistanda baş verən hadisələri demokratik keçid adlandırmağa cəhd göstərib. Əgər bir “dövlət” işğalçı siyasət yürüdürsə, öz paytaxtında faşist Ndjeyə heykəl ucaldırsa, bütün dünyada cinayətlərinə görə terrorçu kimi tanınan birini milli qəhrəman səviyyəsində qəbul edib qəbrini xarici ölkədən Ermənistana köçürürsə, Xocalıda soyqırım törədib günahsız insanları milli mənsubiyyətinə görə kütləvi şəkildə qırırsa və sonra da bununla fəxr edirsə, onda bu dövləti və onu idarə edənləri demokratik adlandırmaq olarmı? Hər bir şüurlu insan, sözsuz ki, bu suala “yox” cavabını verər. Amma erməni xisləti buna “hə” deyir və başqalarına da dedirtmək istəyir.

Diplomatik kanallarla əldə olunan məlumata görə, BMT insan hüquqları şurasının kuluarlarında N.Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanda baş verən hadisələr istehzalı şəkildə yakobinçilik və ya bolşeviksayağı “inqilabi diktatura” adlandırılır. Bəli, Ermənistanda bundan əvvəl Sarkisyan diktaturası idi, indi Paşinyan diktaturası hökm sürür.Halbuki Nikol Paşinyan demokratik vədlərlə hakimiyyətə gəlib. Siyasi icmalçı David Stepanyan bu vədlər fonunda keçən il Ermənistanı “demokratiyanın qalası” qismində xarakterizə edirdi. Amma qala nədir, bu sahədə heç “uzunqulaq tövləsi” də ola bilmədilər. Çünki, verilən vədlər havadan asılı qaldı.

Paşinyanın tərəfdarları hər bir sahədə yalnız vəzifələr uğrunda mübarizə apardılar. Baş nazirin qohum-qardaşı, dostları, ona “ləbbey” deyənlər öndə getdilər. Paşinyanın tərəfdarlarından ibarət “Mənim addımım” fraksiyasından deputat Sasun Mikaelyan deyir ki,  əgər baş verənlərdən nəticə çıxarmasaq, bizim məxməri inqilabımız məxməri uzaqlaşma olacaq. O bu sözləri mer seşkilərində baş verən hüquqpozmalarla əlaqədar deyib.

İnqib adı ilə “sorosçular” dəstəsinin hakimiyyəti ələ keçirməsindən sonra xalqa miras qalan yalnız mitinqlər olub. Bu günlərdə Alaverdi zavodunun əməkçiləri yenidən aksiya keçirməyə başlayıblar. Ona görə ki, ötən ilin payızında işlədikləri zavod işini dayandırıb. Yeni hakimiyyət isə onun işini canlandırmaqda acızdir. Halbuki zavodda istehsal edilən xam mis məmulatı ölkəyə az-çox valyuta gətirən mənbələrdən biridir. Xalq iş hüququnun bərpa olunmasını tələb edir. Hökumət isə bunu vecinə almır və bütün diqqətini işğalçılıq siyasətini davam etdirməyə yönəldib.

Əgər ermənilərin özdedikləri kimi işğal etdikləri ərazi tarixən onlara məxsus olsa idi, heç vaxt orada etnik təmizləmə apararaq azərbaycanlıların izini itirməyə çalışmazdılar. Əgər, həqiqətən Qarabağ erməni torpağı olsa idi, onda oradakı şəhər və kəndləri viran qoymazdılar, çünki heç bir millət ona məxsus coğrafi ərazinin tar-mar olmasını istəməz. İndiişğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törətmiş bir ölkənin BMT-nin insan hüquqları şurasında insan hüquqları və demokratiyadan danışması bu təşkilatın təməl prinsiplərinə kökündən ziddir. BMT-nin insan hüquqları şurasına seçkilər bu ilin payızında keçiriləcək. Ermənistan şuraya üzv seçilmək üçün indidən əl-qolunu çirmələyib, demokratik qılafa bürünərək canfəşanlıq göstərir. Qanlı etnik təmizləmə törədən, bir milyondan artıq azərbaycanlının fundamental hüquq və azadlıqlarını kobud şəkildə pozan və “inqilabi diktatura” rejimi quran bir ölkənin BMT insan hüquqları şurasına seçilməsi qəbuledilməzdir, iri əhali qruplarının inam bəslədiyi bu təsisatın təməl prinsiplərinin və dəyərlərinin tapdalanmasıdır. Azərbaycan xalqı тarixi faktlara və öz gördüklərinə əsaslanaraq belə bir cəhdə qarşı çıxır və ümid edir ki, beynəlxalq ictimaiyyət buna imkan verməyəcək.